Rusiyanın ən varlı qadını çarşab geyindi - fotolar

Rusiyanın ən varlı qadını çarşab geyindi - fotolar
14913 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın ən varlı qadını, Moskvanın sabiq meri Yuri Lujkovun həyat yoldaşı Yelena Baturina çarşab geyinib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, çarşabı İrana səfəri zamanı taxıb. Üzərlərinə diqqət çəkməməyə çalışan cütlüyün bu səfəri Yelenanın Məşəddəki İmam Rza məqbərəsi önündə çarşablı fotosunu paylaşmasından sonra ortaya çıxıb.

Cütlük İranda 8 gün qalıb. Lujkov və Baturinanı İranda Qriqor Qazaryan adlı şəxs müşayiət edib. Rusiyalı qonaqları gəzdirən şəxsin sözlərinə görə, onların İrana gəlişi turizm məqsədli olub.

Rusiyalı qonaqlar şəxsi təyyarə ilə gəldikləri İranda Tehran, Kaşan, İsfahan, Şiraz, Yezd, Məşhəd şəhərlərini gəziblər.