Yıldız Tilbe Demet Akalına tort göndərdi - foto

Yıldız Tilbe Demet Akalına tort göndərdi - foto
3711 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Demet Akalın Yıldız Tilbenin “Yıldız Tilbe Şarkıları” proyektinə start verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Demet Yıldızın proyektinə əsasən, “Aşk Laftan Anlamaz Ki" mahnısını ifa edəcək. Bunun üçün səsyazma studiyalarından birinə gedən Akalın mahnını ifa edib. Müğənni nəğmə haqqında bunları deyib:

"Bu mahnı Tilbenin ən çox sevdiyim mahnısıdır. Proyektin ilk nəğməsini oxumaq mənə qismət oldu. Əslində. bu qədər gözəl bir musiqinin uğura ehtiyacı yoxdur. Amma mən öz tərzimlə ona bir daha uğur qazandıracam".

Proyekti ilk Demet başladığına görə, Yıldız səsyazma studiyasına tort da göndərib. Tortu görən Akalın çox sevinib.