Naz azərbaycanlı oğlana hansı cavabı verdi? - video

Naz azərbaycanlı oğlana hansı cavabı verdi? - video
39650 dəfə oxunub
  • A-
  • A
  • A+
“Star TV”də yayımlanan “Zuhal Topalla” evlilik verilişində yer alan azərbaycanlı gəlin Naz Bakıdan onun üçün gələn namizədə "hə" deyib.

Axşam.az-ın məlumatına görə, Naz namizədi Əli Əkbəri çox bəyəndiyini söyləyərək, onunla daha yaxından tanış olmaq istədiyini bildirib.

Cütlük, hətta, qarlı havada görüşə də çıxıb. Görüşdən hazırlanan görüntülər proqramda Azərbaycanın xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" mahısının sədaları altında təqdim olunub.

Naz və Əli aralarındakı münasibətin ömürlük olacağına ümid etsələr də, amma, bu, iştirakçılar tərəfindən  birmənalı qarşılanmayıb.

Belə ki, onlar Nazın hələ də keçmiş nişanlısı Bahanı unutmadığını və Əli ilə münasibətinin sonunun xoş olmayacağını vurğulayıblar.

Xatırladaq ki, Əli Əkbər bir vaxtlar Azərbaycanın məşhur modellik müsabiqələrində iştirak edib. O, hətta özünü aktyor kimi kiçik rollarda da sınayıb.

Məlumat üçün bildirək ki, Naz Mila evli olub və onun bir qızı var. Eyni zamanda, bir müddət əvvəl “Zuhal Topalla” evlilik verilişində Baha adlı türk vətəndaşı ilə nişanlıb və sonradan nişanı qaytarıb.