Azərbaycanda gənc kinematoqrafçılara müjdə - foto Azərbaycanda gənc kinematoqrafçılara müjdə - foto

 
  12.01.17   10:20                                                                                                                                         a -   A + Mədəniyyət

Azərbaycan  Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "CİNEMA" Gənc Kinematoqrafçılar  Mərkəzi  "Audiovizual məhsullar  və beynəlxalq festivallara çıxma yolları" adlı layihəyə start verib.

Bunu Axşam.az-a açıqlamasında "CİNEMA" Gənc  Kinematoqrafçılar  Mərkəzinin sədri Fehruz Şamıyev deyib.

O bildirib ki, hazırda Azərbaycanda gənc kinematoqrafçılar audiovizual məhsulların istehsalında yaxından iştirak edə bilmirlər. Daha çox həvəskar xarakterli məhsulların ortaya çıxması bu sahədə çalışan gənclərin yetərincə biliklərə sahib olmamasının göstəricisidir:

“Bu da kino sahəsində çalışan gənclərin dünya festivalları üçün maraqlı ola biləcək filmləri ərsəyə gətirə bilməməsinə səbəb olur. Qeyd edək ki, son illər ölkəmizdən kənarda keçirilən beynəlxalq festivallarda iştirak edən azərbaycanlı kinematoqrafçıların yaş həddi 35-dən yuxarıdır. Doğrudur, bəzi gənclər də festivallarda iştirak edir, amma onların sayı barmaqla sayılacaq qədərdir. Bəzən olur ki, bu problemin kökündə keyfiyyətli məhsulun olmaması yox, festivallara çıxmaq üçün qaydaları bilməmək, filmin janrından, formasından asılı olaraq lazımı festivala göndərilməməsi dayanır. Bundan başqa, xaricə çıxacaq keyfiyyətli məhsulların azlığı bu sahədə ustad dərslərinin demək olar ki, keçirilməməsindədir. Digər sahələrdən fərqli olaraq kino sahəsində təşkil olunan ustad dərslərinin sayı lazım olduğundan azdır”.

Onun sözlərinə görə, sözügedən layihə çərçivəsində peşəkar masterlərin iştirakı ilə təlimlər təşkil olunacaq.

Təlimlərdə iştirakçılar audiovizual məhsul və onun janrları, beynəlxalq festivallarda iştirak və onların kateqoriyaları, həmin festivallara qatılmağın yolları, onlarda iştirak edə biləcək müəllif filmlərinin istehsalı və bu festivallarda iştirakın əhəmiyyəti barədə ətraflı məlumat ala biləcəklər.



 
 
 
 
 
Facebook   Twitter   MySpace   Google         686 dəfə baxılıb
 
 
 

Gənc Tamaşaçılar Teatrının mart repertuarı Gənc Tamaşaçılar Teatrının mart repertuarı
...
22.02.17
Bakıda Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək - sərəncam Bakıda Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək - sərəncam
...
22.02.17
"Arşın mal alan"ın 100 illiyinə həsr edilmiş kitab çap olundu - fotolar
...
21.02.17
Xalq artistinin 90 illiyi qeyd olunacaq Xalq artistinin 90 illiyi qeyd olunacaq
...
20.02.17
Elçin Əzizov Rusiyada çıxış edəcək Elçin Əzizov Rusiyada çıxış edəcək
...
18.02.17
“jAzzeri Bands” konserti baş tutdu - fotolar “jAzzeri Bands” konserti baş tutdu - fotolar
...
17.02.17
“Almaz” pyesi yeni quruluşda “Almaz” pyesi yeni quruluşda
...
16.02.17
Şahnaz Haşımova vəzifəsindən uzaqlaşdırıldı Şahnaz Haşımova vəzifəsindən uzaqlaşdırıldı
...
16.02.17
Musiqili Teatr Beynəlxalq festivala gedir Musiqili Teatr Beynəlxalq festivala gedir
...
15.02.17
"Köhnə Bakı ölməyib"
...
15.02.17
Azərbaycanlı müğənni xanımı ilə Los-Ancelesdə konsert verəcək Azərbaycanlı müğənni xanımı ilə Los-Ancelesdə konsert verəcək
...
15.02.17
Cövdət Hacıyev və Tofiq Quliyevin yuibiley konserti keçiriləcək Cövdət Hacıyev və Tofiq Quliyevin yuibiley konserti keçiriləcək
...
14.02.17
“Muğam televiziya müsabiqəsi”nin seçim turları başa çatır “Muğam televiziya müsabiqəsi”nin seçim turları başa çatır
...
13.02.17
“Vəsiyyət” cənub bölgəsinə gedir “Vəsiyyət” cənub bölgəsinə gedir
...
13.02.17
Kukla Teatrında Kukla Teatrında "Turp" nümayiş olunacaq
...
13.02.17
 
 
 
 
Xəbər lenti