Rusiya və Türkiyə ortaq serial çəkəcək

Rusiya və Türkiyə ortaq serial çəkəcək
10847 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Mədəniyyət və Turizm naziri Nabi Avcı 7 il sonra rəsmi səviyyədə İsrailə səfər edəcək.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, iki ölkə arasındakı münasibətlərin düzəlməsində mədəniyyətin böyük əhəmiyyəti olduğunu bildirib.

N.Avcı eyni zamanda Rusiyada türk film və seriallarına olan maraqdan da danışıb:

"Antalyada rus mediası ilə toplantımızda Rusiyadan ortaq serial təklifi gəldi. Biz də bu məsələdə kömək edəcəyimizi bildirdik. Bu məsələ ilə bağlı maraqlanan şirkətləri görüşdürdük. Rusiyada "Möhtəşəm yüz il", "Kurt Seyit ve Şura" çox maraqla izlənilir".