Ölümündən 18 il keçir... - foto+video

Ölümündən 18 il keçir... - foto+video
5545 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün məşhur türk musiqiçisi, rok, pop sənətçisi, televiziya aparıcısı Barış Mançonun ölümündən 18 il ötür.

Axşam.az-ın məlumatına görə, Barış Manço 1943-cü il, yanvarın 2-də İstanbulda anadan olub. Musiqiçi karyerasına ilk dəfə Qalatasaray liseyində başlayıb. İxtisası üzrə ali təhsilini isə Belçika Kraliyyət Akademiyasında alıb. 200-dən çox bəstəsi müğənniyə 12 qızıl, bir platin albom və kaset mükafatı qazandırıb. Alman, fransız, yunan, ərəb, bolqar və başqa dillərdə oxuyub.

Hazırladığı televiziya proqramları ilə də dünyanın bir çox ölkəsində tanınıb. 199-ci ildə Türkiyə Cümhuriyyəti Dövlət Sənətçisi tituluna layiq görülüb.

B.Manço “Gül pembe”, “Domates, biber, patlıcan”, “Yaz dostum”, “Unutamadım”, “Dağlar dağlar” və s. məşhur mahnıların ifaçısıdır. O, bir neçə dəfə Azərbaycanın qonağı da olub.

O, 1999-cu il, fevralın 1-də infarkt keçirərək dünyasını dəyişib.