Rəqsanə özünü bəyənmir, 7 kiloqram kökəlib

Rəqsanə özünü bəyənmir, 7 kiloqram kökəlib
2273 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılova imicində dəyişiklik edəcək.

Bu haqda məlumatı Axşam.az saytına açıqlamasında müğənni özü deyib. O, yeni klipində və fotosessiyasında imicini tamamilə dəyişdiyini bildirib. Bu yeniliyi Rəqsanə klipin təqdimat mərasimində nümayiş etdirməyi planlaşdırır.

Müğənni tamaşaçılar qarşısına tam fərqli formada çıxacaq:

“Hər kəsi təəccübləndirəcəm. Tam fərqli bir Rəqsanə görəcəksiniz. Türkiyədəki layihələrimdə imicimdə dəyişikliklər edilib”.
 
Son vaxtlar kökəldiyindən şikayət edən sənətçi özünü heç bəyənmədiyini etiraf edib:

“7 kiloqram kökəlmişəm. Buna görə də ciddi idman edirəm. Təqdimata qədər arıqlayıb, 50 kiloqram olmalıyam. Artıq çəki məni çox narahat edir, yaraşmır. Efirdə özümü görəndə heç bəyənmirəm”.