Aktyor içib yerə yıxılan sevgilisini qoyub qaçdı

Aktyor içib yerə yıxılan sevgilisini qoyub qaçdı
15071 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir vaxtlar "Kanal D"də yayımlanan "Güllərin savaşı" serialındakı rolu ilə məşhurlaşan aktyor Sercan Badur içkinin təsirindən huşunu itirən sevgilisini orada buraxaraq qaçıb.

Axşam.az-ın Türkiyə mətbuatına istindən məlumatına görə, ikili gecə klublarından birində əylənib. Çıxışda aktyorun sevgilisi içkidən yerə yıxılıb. Badur müxbirlərin çəkdiyini görəndə sevgilisini orada qoyaraq içəri keçib. Qıza rəfiqəsi kömək edib.

Jurnalistlərə əsəbiləşən aktyor bir müddət sonra məkandakı çalışanların köməyi ilə sevgilisini taksiyə mindirərək evə göndərib.