Sevimli əşyalarınızın təzə qalması üçün bunları edin

Sevimli əşyalarınızın təzə qalması üçün bunları edin
4358 dəfə oxunub
  • A-
  • A
  • A+
Tez-tez sevdiyimiz əşyalarımızla birdəfəlik vidalaşmalı oluruq. Onları istifadə etdikcə, xarab olur, yararsız hala gəlirlər.

Axşam.az xarici KİV-ə istinadən sevimli geyimlərinizi daim təzə saxlamaq üçün məsləhətlər təqdim edir:

Şamşa ayaqqabınızı dırnaq "pilka"sı ilə təmizləyin.



Parıltılı ayaqqabınızı pəncərələrin təmizlənməsində istifadə olunan gellə silin.



Ammonyak və duzu suya töküb paltarlarınızdakı qan ləkəsini asan təmizləyə bilərsiniz.



Paltardakı kif qoxusundan xilas olmaq üçün onu sellofana qoyub soyuducuda bir gün saxlayın.



Su və sirkə qarışığı dəri paltarlardakı ləkəni yox edəcək.



Qara cinslərinizin rənginin bozarmaması üçün onu yuyanda suya duz və sirkə tökün.