Aktrisa hicab taxdığı üçün hava limanında saxlanılıb

Aktrisa hicab taxdığı üçün hava limanında saxlanılıb
4761 dəfə oxunub
  • A-
  • A
  • A+
Son zamanlar İslam dininə olan marağı ilə diqqət çəkən və hətta müsəlmanlığı qəbul etdiyi deyilən aktrisa Lindsi Lohan İngiltərədə hicab bağladığı üçün çətin anlar yaşayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, səhər proqramında bu haqda danışıb:

"Keçən dəfə Nyu-Yorka gedirdim. Hava limanında gözlənilmədən saxlanıldım. Həytımda ilk dəfə irqçiliklə qarşılaşdım deyə çox təəccüblənmişdim. Pasportumu açıb mÜhafizəçiyə Lindsi Lohan olduğumu dedim. Məndən üzr istədi və "Baş örtüyünü aç" dedi. Onların dediyini etdim".

Hicab taxan qadınların nə qədər çətin bir sınaq keçdiklərini anladığını bildirən Lindsi deyib:

"Məqsəd nə idi, anlamadım. Amma çox qorxulu idi. Gözüm qorxdu".