Aygün Flora-Zeynəb qalmaqalına münasibət bildirdi

Aygün Flora-Zeynəb qalmaqalına münasibət bildirdi
26471 dəfə oxunub
  • A-
  • A
  • A+

Aygün Kazımova xalq artisti Flora Kərimova və Zeynəb Xanlarova arasında yaşanan qalmaqala münasibət bildirib.

Axşam.az-ın İstiPress-ə istinadən məlumatına görə, Flora Kərimovanın SSRİ xalq artisti Zeynəb Xanlarovanı parodiya etməsi və onun haqda “Zeynəbin ifa etməsi sənət və sənətkarlıq deyil” deməsi xalq artisti A.Kazımovanın ürəyincə olmayıb. O, Z.Xanlarovanı ən ali sənətkar zirvəsində gördüyünü bildirib:

“Zeynəb Xanlarova Azərbaycan musiqisini, mədəniyyətini, bayrağını, millətini ən layiqli təbliq edən, ucaldan, inkişaf etdirən, əvəzolunmaz, təkrarsız sənətkarımızdır. Onunla yalnız fəxr etmək və qürur duymaq gərəkdir. Başqa söhbətlərə ehtiyac yoxdur".