Naza Bakıdan yenə Əli adlı gənc elçi düşdü - video

Naza Bakıdan yenə Əli adlı gənc elçi düşdü - video
21953 dəfə oxunub
  • A-
  • A
  • A+

“Star TV”də yayımlanan “Zuhal Topalla” evlilik verilişində yer alan azərbaycanlı gəlin Naz Milaya Bakıdan Əli adlı daha bir gənc elçi düşüb.

Axşam.az-ın məlumatına görə, 22 yaşı olan Əli 25 yaşlı Nazı çox bəyəndiyini və onunla ciddi münasibət qurmaq istədiyini bildirib.

Əli Nazın keçmişini və adaşı ilə azərbaycanlı gəlinin bir müddət əvvəl sevgi münasibəti yaşadığından xəbərdar olduğunu bildirib.

O, əminliklə Nazın ona "hə" deyəcəyini söyləsə də, lakin Mila həmyerlisinə ondan yaşca balaca olduğu üçün "yox" cavabı verib. Sonda Əli Nazın bu qərardan peşman olacağını vurğulayıb.

Qeyd edək ki, Naz Mila evli olub və onun bir qızı var. Eyni zamanda, bir müddət əvvəl “Zuhal Topalla” evlilik verilişində Baha adlı türk vətəndaşı ilə nişanlanıb və sonradan nişanı qaytarıb.

Daha sonra o, Əli adlı azərbaycanlı oğlanla sevgi münasibəti yaşayıb. Bir müddət əvvəl Naz Əlidən hələ də xoşlandığını qeyd edib.