Hadisə saatlarla onu gözlədi, amma... - foto

Hadisə saatlarla onu gözlədi, amma... - foto
6502 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Hadisə sevgili olduqları deyilən iş adamı Hakan Sabancını dünən axşam gecə klublarının birində saatlarla gözləyib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni bacısı Dərya ilə 3 saat Hakanı gözləsə də, son anda qapıda jurnalistlərin olduğunu öyrənən biznesmen gəlməkdən imtina edib.

Hadisə də meneceri Haluk və bacısının köməkliyi ilə klubdan çıxaraq avtomobilinə yollanıb.

Fotolarının çəkildiyini görən müğənni üzünü gizlədib. Hadisənin bunu nəyə görə etdiyi isə naməlum qalıb.