İlhamə Quliyevanın yas mərasiminə kimlər gəldi? - fotolar+yenilənib

İlhamə Quliyevanın yas mərasiminə kimlər gəldi? -  fotolar+yenilənib
26813 dəfə oxunub
  • A-
  • A
  • A+
12:06

Xalq artisti İlhamə Quliyevanın ölümündən 1 il ötür.
 
Axşam.az-ın məlumatına görə, ildönümü fevralın 25-də olsa da, mərhumun oğlu Orxan Nadirov yası bu gün verir.
 
“Heydər Məscid"ində baş tutan yas mərasiminə tanınmışların əksəriyyəti qatılmayıb.
 
Mərasimdə yalnız Ceyran Haşımova və Zümrüd Məmmədova yer alıb. Yas mərasimi hələ davam edir.
 
Qeyd edək ki, İ.Quliyevanın bacıları da sabah ildönümü münasibətilə yas verəcəklər. Məclis "Təzəpir" məscidində baş tutacaq.

***

14:23

Yas mərasiminə gələnlər arasında xalq artisti Fatma Mahmudova da yer alıb.

Foto: Ramin ASLANOV