Xocalı soyqırımının qurbanları İranda anıldı - fotolar

Xocalı soyqırımının qurbanları İranda anıldı - fotolar
401 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 26-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın İrandakı səfirliyində tədbir keçirilib.

Tədbirdə İran Xarici İşlər Nazirliyinin əməkdaşları, İranın Azərbaycandakı sabiq səfirləri, Tehranda akkreditə olunmuş diplomatik korpusun üzvləri, KİV təmsilçiləri, bu ölkədə yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının ruhuna müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

Sonra Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı haqqında hazırlanmış qısametrajlı film nümayiş olunub.

Rəsmi nümayəndələrin çıxışlardınan sonra “Xocalıya ədalət!” adlı videoçarx nümayiş olunub. Tədbir iştirakçıları səfirlik tərəfindən hazırlanmış erməni təcavüzü və Xocalı soyqırımına aid kitablardan ibarət guşəyə baxıblar.

Sonda iştirakçılara Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarını və təcavüzünü əks etdirən kitab, jurnal, disklər paylanıb.