Məşhur cütlüyün bezdiyi evin yeni sahibi Kərəm və Serenay oldu

Məşhur cütlüyün bezdiyi evin yeni sahibi Kərəm və Serenay oldu
2376 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Kərəm Bürsin və aktrisa sevgilisi Serenay Sarıkaya axtardıqları evi tapıblar.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük İstanbulun Yeniköy səmtində, bir zamanlar Murad Boz və Aslı Enver cütlüyünün yaşadığı üçmərtəbəli villaya köçüblər. Evi bəyənən sevgililər 1 illik müqavilə imzaladıqdan sonra təmir işləri ilə maraqlanıblar.

Qeyd edək ki, yaxınlıqdakı məktəbin şagirdləri tez-tez evin qapı zənginı basıb qaçdıqları üçün Murad və sevgilisi oradan köçüb Kuruçeşme səmtində ev tutmuşdular.