"Onlar məni Türkiyədə qarşılayır?" - Münasibət

"Onlar məni Türkiyədə qarşılayır?" -   Münasibət
672 dəfə oxunub
  • A-
  • A
  • A+
"Azərbaycanda konsert verməyin məsuliyyətini dərk etmirlər. Onlar tamaşaçını aldadırlar. Mənim aləmimdə konsert anlayışı tamam başqadır. Vacib deyil ki, bu dəbə ayaq uydurasan. Müğənnilərimiz toyda oxuduqları mahnıları orada da səsləndirirlər. Konsertdə tamaşaçını təəccübləndirmək lazımdır".

Axşam.az xəbər verir ki, bu sözləri əməkdar artist Abbas Bağırov "Lider" kanalında yayımlanan “Pərdə” verilişinə açıqlamasında deyib.

İfaçı meyxanaçı Namiq Qaraçuxurlunun əcnəbi sənətçilər Bakıya gələrkən onları qarşılayan müğənnilərimizi qınamasına da münasibətini açıqlayıb. Abbas Namiqi haqlı bilib:

“Niyə bunu etməliyəm ki? Mən Türkiyəyə gedəndə onlar məni qarşılayır? (gülür)”.