Yerli məşhurlar türkiyəli modelyerin dəfiləsində - fotolar

Yerli məşhurlar türkiyəli modelyerin dəfiləsində -  fotolar
6022 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli modelyer Zeyneb Kartalın Bakıda dəfiləsi keçirilib. 

Axşam.az-ın məlumatına görə, moda nümayişində modelyerin 2017-ci ilin yaz-qış kolleksiyası təqdim olunub. London Moda Həftəsindən sonra azərbaycanlı xanımlara təqdim edilən kolleksiya maraqla qarşılanıb.

Modelyer Günel Behbudovanın təşkilatçılığı ilə baş tutan gecədə Kartalın 30-a yaxın geyimi nümayiş olunub. Sonra “Bahar qızı” adlı geyim göstərilib. Tədbirin aparıcılığı müğənni Zamiq Hüseynova həvalə olunub.

Günel Behbudova Zeyneb Kartala dəstək üçün podiuma çıxıb. Kartal bildirib ki, G.Behbudova ilə işbirlikləri davam edəcək.

Tədbirdə əməkdar artist Tünzalə Ağayeva səhnəyə çıxaraq mahnılar səsləndirib.

Foto: Ramin ASLANOV