Türk xalqlarının musiqiçilərindən birgə Novruz təbriki - video

Türk xalqlarının musiqiçilərindən birgə Novruz təbriki - video
1837 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Başqırdıstan musiqiçiləri bir araya gələrək Novruz bayramı münasibəti ilə orijinal təbrik hazırlayıblar. 

Axşam.az-ın məlumatına görə, layihənin rəhbəri, prodüser Rübail Əzimov bildirib ki, müxtəlif ölkələrdən olan musiqiçilər öz milli alətləri ilə Üzeyir Hacıbəyovun "Türkün bayrağı" (Çırpınırdı Qara dəniz) əsərini və türk dövlətlərinin qardaşlıq himni sayılan "Anayurt marşı"nı ifa ediblər.

Layihədə Azərbaycanın xalq artisti Samir Cəfərov, Fərqanə Qasımova, Kamilə Nəbiyeva, Şəhriyar Musayev və digər ifaçılar iştirak ediblər.

Layihənin ərsəyə gəlməsinə 2 ay müddət sərf olunub. Layihə Azərbaycanda aranjıman olunub və iştirakçı ölkələrə göndəirlib. Hər ölkənin koordinatoru ölkəsinin milli alətlərini ifa edərək və mahnı oxuyaraq ifaçıları əsərlərlə tanış edib, hazırlıq mərhələsindən sonra ifaçılar təyin edilmiş hissələri ifa edib Bakıya göndəriblər.

Musiqi qismi hazır olduqdan sonra həmin ifaçılar öz ölkəsinin milli dəyərlərini əks etdirən məkanlarda videoçəkilişlər apararaq həmin materialları yenidən Bakıya göndəriblər. Klip "Gala Media Group" şirkətindən rejissor Vüsal Həsən və Ceyhun İbrahimoğlu tərəfindən hazırlanıb.