Esra Erolun yeni işi bəlli oldu

Esra Erolun yeni işi bəlli oldu
14857 dəfə oxunub
  • A-
  • A
  • A+

2007-ci ildən bəri evlilik proqramlarına aparıcılıq edən Esra Erol bu mövsümdən sonra yeni iş tapmaq məcburiyyətində qalacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, qonaq olduğu bir verilişdə proqramlar bağlandıqdan sonra aktrisalıq edə biləcəyini açıqlayıb.

Aktrisa Gupse Özayla çox yaxın rəfiqə olan Esra ona səslənərək deyib:

"İnsanın ən yaxın dostu həm ssenari müəllifi, həm yazar, həm də rejissordur və sənə rol vermir. Belə şey olmaz".

Qeyd edək ki, aktyot Şahan Gökbahar da Esranı yeni filminə dəvət etmişdi.