Tanınmış rokçu dünyasını dəyişdi

Tanınmış rokçu dünyasını dəyişdi
518 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur rokçu, gitarist və bəstəkar Lu Rid dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, 71 yaşlı Rid uzun illər spirtli içki və narkotik maddələr istifadəçisi olub. Bir müddət öncə ağır əməliyyat keçirən rokerə qaraciyər köçürülüb. Əməliyyatdan sonra Rid özünü yaxşı hiss etdiyini, heyranlarının qarşısına çıxmağa hazır olduğunu desə də, amerikalı sənətçi dünən dünyasını dəyişib.

70-ci illərin əvvəllərində solo oxuyan Lu Rid son illərdə öz bəstələri ilə özünəməxsus tərz yaradıb. Musiqi mütəxəxssislərinin fikrincə, Rid rok musiqisində dönüş yaradıb.