Əsl adı Melanie Braun olan britaniyalı müğənni Mel Bi həyat yoldaşı Stefan Belafontedən boşanır.Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, artıq 41 yaşlı ifaçı bununla əlaqədar məhkəməyə də müraciət edib. Şikayət ərizəsində yazılan bəzi yazılar mediaya da sızıb.
Mel Bi ərizədə ərinin ona şiddət göstərdiyini, döydüyünü, uşaqların dayəsi ilə ona xəyanət etdiyini və hətta dayənin hamilə qaldığını da qeyd edib.
Sənətçinin iddiaları bununla da bitməyib. O, Stefanın onu başqa biri ilə cinsi əlaqəyə məcbur etdiyini də bildirib.
Qeyd edək ki, 2007-ci ildə ailə quran cütlüyün bir oğlu var. Braunun bundan əvvəlki nikahlarından daha 2 uşağının olduğu da vurğulanır.