Kərimin klip təqdimatında nələr oldu? - Fotolar

Kərimin klip təqdimatında nələr oldu? - Fotolar
2263 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün müğənni Kərim Abbasov media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Sevəcəyəm” adlı mahnıya çəkdirdiyi klipini təqdim edib.

Sözləri və musiqisi Nihad Cabbarova aid olan musiqinin aranjimançısı Rübail Əzimovdur. Rejissor Rəhman tərəfindən lentə alınan klip fərqli formatdadır. Uzun müddətdən sonra media nümayəndələri ilə görüşən Kərimi xoş günündə sənətçi dostları da tək qoymayıb.

Belə ki, bəstəkar Gövhər Həsənzadə, müğənni Xatun, Elnur və bir müddətdir gündəmdən uzaqlaşan xalq artisti Flora Kərimova da Kərimi təbrik edənlər sırasında olub.

K.Abbasov klipi ilə yanaşı yeni fotosessiyasını da sevənlərinin ixtiyarına verib.