Validə "Yer kürəsi gözəli" olmaqdan imtina etdi

Validə "Yer kürəsi gözəli" olmaqdan imtina etdi
1677 dəfə oxunub
  • A-
  • A
  • A+
Çində keçirilən “Yer kürəsi gözəli” müsabiqəsinə qatılan azərbaycanlı model Validə Abbasova vətənə qayıdıb.

Axşam.az-ın müxbiri ilə söhbətində “Miss millenium” gözəli müsabiqədəki iştirakından və təəssüratlarından danışıb:

“Çox maraqlı, çətin, eyni zamanda da dünya səviyyəli bir yarışma idi. Azərbaycan bu müsabiqəyə ilk dəfə qatılırdı. Məşqlər çox ağır keçirilirdi. Müsabiqənin ən çox bəyənilən və dəstəklənən iştirakçılarından biri mən idim. Münsiflər və tamaşaçıların səsverməsi nəticəsində qalib seçildi.

Münsiflərin istəyi məni birinci görmək idi, amma qəbul etmədim. Çünki onların tələbinə görə, 1-ci seçilsəydim, il ərzində Çində qalmalı, xeyriyyə işləri ilə məşğul olmalıydım. Hazırda mənim buna ayıracaq vaxtım yoxdur. Öz həyatımla, qızımla məşğulam. İşlərim həddindən artıq çoxdur.

Məni daha çox Amerikadan, İsveçrədən və İtaliyadan dəstəkləyirdilər. İştirakçılar bir neçə nominasiyada təltif edildilər. Mən də əliboş qayıtmamışam. “Yer kürəsi gözəli” müsabiqəsinin siması seçildim, tac aldım. Birinci yerin sahibi isə Asiya təmsilçisi oldu. Son günə qədər liderliyi əldən vermədim: səsvermədə gah birinci, gah da ikinci idim”.