Manana boşanma xəbərindən danışdı

Manana boşanma xəbərindən danışdı
3450 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Manana boşanması ilə bağlı yayılan xəbərlərə son qoyub.

Axşam.az-ın məlumatına görə, müğənni “Pərdə” verilişinə açıqlamasında çox xoşbəxt olduğunu və həyat yoldaşından ayrılmadığını deyib:

“Mən həmişə çərçivədə yaşamışam: evdən işə, işdən studiyaya. Elə bir hərəkətim olmayıb ki, kimsə arxamca danışsın. İnsanların qarşısına təmiz üzlə çıxıram. Həyat yoldaşımla ayrılmamışıq, çox xoşbəxtik. Bir-birimizi sevirik, hörmət edirik. Allaha inanan insanlarıq. Düzdür, Manana mələk deyil. Amma mənim haqqımda digərləri kimi çirkin sözlər danışılmır”.