Sosial media araşdırma şirkəti “Somera” hər ay olduğu kimi, bu ay da ən populyar kişi aktyorların adlarını açıqlayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 15 mart-dən 15 aprelə kimi sosial mediada aparılan sorğu nəticəsində siyahıya “Ölene kadar” serialında “Dağhan” obrazını canlandıran Engin Akyürek liderlik edib.



İkinci yerdə “Cesur ve güzel” serialının “Cesur”u Kıvanç Tatlıtuğdur.



Siyahının üçüncüsü “İçerde” serialının “Sarp”ı Çağatay Ulusoy olub.



Dördüncü yerdə “Söz” serialı ilə ekrana geri dönən Tolga Sarıtaş bərqərar olub.



Siyahının sonuncusu, yəni beçinci isə” Kara Sevda”nın “Kemal”ı Burak Özçivitdir.