Azərbaycanda ilk dəfə pantomima filmi çəkildi - fotolar+video

Azərbaycanda ilk dəfə pantomima filmi çəkildi -  fotolar+video
602 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda “Sülhün yaranması” adlı pantomima filmi lentə alınıb.

Axşam.az-ın məlumatına görə, ekran işinin rejissoru Rauf Əhmədov, operatoru Emin Hüseynovdur. Filmin musiqisini Sevinc Tofiqqızı bəstələyib.

S.Tofiqqızı bildirib ki, “Sülhün yaranması” xaricdə də nümayiş olunacaq:

“Bu, Azərbaycanda ilk pantomima filmidir. Yaxın günlərdə teatrlarımızdan birində nümayiş ediləcək. Daha sonra isə xaricdə festivallara göndəriləcək. İnanıram ki, maraqla qarşılanacaq. Bu bizim Rauf Əhmədovla son işimiz deyil. Yaxın günlərdə böyük bir layihəyə imza atacağıq”.

Ekran işində aktyorlar Əli Əlizadə, Solmaz Bədəlova, Səbinə Hacıyeva, Nurlan Rüstəmov çəkiliblər.