Könül qızının nişan tarixini açıqladı

Könül qızının nişan tarixini açıqladı
2403 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Könül Kərimova qızı Ləmanı ərə verir.

Axşam.az-ın məlumatına görə, nişan mərasimi mayın 6-da baş tutacaq. Şəhər restoranlarından birində keçiriləcək gecəyə sənət aləminin tanınmış simaları dəvət olunublar.

Toy mərasimi isə payızda olacaq. K.Kərimova məclisin mediaya açıq olacağını söyləyib.

Qeyd edək ki, K.Kərimova açıqlamasında kürəkəninin qohumu olduğunu demişdi. Müğənninin bir oğlan övladı da var.