Qocalmaqdan qorxmayan Monika Belluççidən yarıçılpaq fotosessiya

Qocalmaqdan qorxmayan Monika Belluççidən yarıçılpaq fotosessiya
8491 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu ilki Kann kinofestivalının aparıcısı olacaq Monika Belluççi diqqət mərkəzində olmağa davam edir.

Axşam.az-ın məlumatına görə, 52 yaşlı italiyalı aktrisa bu dəfə "Vanity Fair" jurnalı üçün kamera qarşısında yarıçılpaq poz verib.

Eyni zamanda müsahibə də verən aktrisa bu yaşda özünü necə hiss etməsindən danışıb:

"Mən zamanın dəyişikliklərini qəbul edirəm. Hesab edirəm ki, hər yaşda özünü qorumağın yolları var. Mənim nəslimdəki bütün qadınlar 40, 50, hətta 70 yaşında özlərinə fikir verirlər".

Heç vaxt plastik əməliyyat etdirməyən, təbii qocalığın tərəfdarı olan aktrisa deyir:

"Qocalmaqdan qorxmuram. Monopauza - bu, xəstəlik deyil, təbii prosesdir. Başa düşürəm, bu bir qədər bədənimi dəli kimi edəcək, amma bir neçə ay sonra normala dönəcək. Bu, həyatın normal axınıdır. Bu barədə qəti narahat deyilərm".