Moda dünyasında böyük dəyişiklik - 13.2 milyard dollar ödənildi

Moda dünyasında böyük dəyişiklik - 13.2 milyard dollar ödənildi
2927 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən moda dünyasında önəmli hadisə baş verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, fransız markası "Louis Vuitton" başqa bir dünya brendi "Christian Dior"u 13,2 milyard dollara satın alıb. Beləliklə, fransız milyarder Bernard Arnauit "Christian Dior"unda sahibi olaraq moda dünyasındakı yeirni genişləndirib.

Qeyd edək ki, K.Dior 1946-cı ildə iş adamı Marsel Bouzakın dəstəyi ilə öz markasını qurmuşdu. Qısa zamanda parfüm, saat və aksesuar kimi fərqli sahələrdə məhsullar hazırlayan moda evi qızıl dövrünü yaşayır. 1957-ci ildə Diorun vəfatından sonra şirkət zəifləməyə başlayır. Hissələrinin böyük bir qismini müxtəlif şirkətlərə satan "Dior"un yeni səhmdarlarından biri də "Louis Vuitton" idi. 1980-ci ildə brendin 74 faizini alan marka dünən 26 faizini də özünə qatıb.

"Dior"un indiki sahibi Sidney Toledano bildirib ki, bu satış heç kimin işinə təsir etməyəcək. "Dior" öz üslubunu qoruyub saxlayacaq və məhsullarını təqdim edəcək.