Təyyarədə kəbin kəsdirdilər - foto

Təyyarədə kəbin kəsdirdilər - foto
1859 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, müğənni Niran Ünsal 8 ildir birgə olduğu, iki uşağının atası İbrahim Ququ ilə nikah masasına oturub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Giresundakı mərasimdən sonra cütlük İstanbula qayıdıb.

Medianın qarşısına çıxan N.Ünsal deyib:

"Ümidimi kəsmişdim, amma bir də gördüm nikah masasındayam. Nikahdan qayıdanda təyyarədə Nihat Hatipoğlu (illahiyatçı - red.) da var idi. Kəbin kəsməsini istədik, istəyimizi geri çevirmədi. 12 min fit hündürlükdə kəbin kəsdirdik".