“Rəcəb İvedik 5”in Azərbaycanda nümayiş tarixi açıqlandı

“Rəcəb İvedik 5”in Azərbaycanda nümayiş tarixi açıqlandı
2598 dəfə oxunub
  • A-
  • A
  • A+
Nizami Kino Mərkəzində mayın 4-dən etibarən “Rəcəb İvedik 5” türk filminin nümayişi başlanacaq.

Axşam.az-ın məlumatına görə, ekran işində Şahan Gökbakar, Orkan Varan və Deniz Ceylan rol alıblar.
 
Qeyd edək ki, filmdə türk və azərbaycanlı boksçuların döyüşündəki dialoq və epizodlar hər iki ölkədə narazılığa səbəb olmuşdu. Belə ki, idmançı rolunu canlandıran aktyorun filmdə azərbaycanlı boksçu ilə mübarizəsi sosial şəbəkədə birmənalı qarşılanmayıb. Sözügedən səhnədə Recep İvedik azərbaycanlı boksçunu döyərək rinqin bir küncünə atır. Türkiyə və Azərbaycan münasibətlərini düzgün əks olunmadığı və səhnənin çıxarılması tələb edilmişdi. Şahan açıqlama verərək həmin səhnənin filmdən çıxarıldığını bildirib.