Aktyor həbs olundu, serialın çəkilişləri dayandı - foto

Aktyor həbs olundu, serialın çəkilişləri dayandı - foto
7053 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, aktyor Səlim Ərdoğan Mərmərədə qaldığı evdə aparılan əməliyyat zamanı tapılan narkotik maddəyə görə həbs olunmuşdu.

Axşam.az Türkiyə mətbuatına istinadən bildirir ki, aktyor "İçerde" serialında çəkildikdən sonra "Məryəm" adlı yeni başlayacaq serial üçün kamera qarşısına keçibmiş. Martda çəkilişləri başlayan ekran işinin ilk 4 seriyası artıq hazır imiş.

Əsas rollardan birini canlandıran S.Ərdoğanın həbsindən sonra çəkilən seriyalar ziyan olub. Hər seriya üçün 7 min lirə alan aktyorun tərəf müqabilləri Furkan Andıç, Ayça Ayşin Turan, Serenay Aktaş və Açelya Topaloğlu imiş.

Bir müddətlik fasilədən sonra çəkilişləri yenidən başlayan seriala görə şirkət 300 min lirə ziyana düşüb.

Qeyd edək ki, S.Erdoğan ata olduğunu da ötən ay öyrənibmiş İnternetdən tanıdığı bir qadınla birgə olan aktyor DNT testi etdirib və körpənin onun qızı olduğunu öyrənib.