"Geyimlərimin müzakirə və tənqid olunması..." - "Xəzər"in Nərgizi

"Geyimlərimin müzakirə və tənqid olunması..." -  "Xəzər"in Nərgizi
3210 dəfə oxunub
  • A-
  • A
  • A+
"Xəzər maqazin" verilişinin aparıcısı Nərgiz Əliyeva yeni fotosessiya etdirib.

Axşam.az-a açıqlama verən aparıcı işindən danışıb:

"İllərdir televiziya sahəsində çalışıram. 2009-cu ildən maqazin verilişində işləyirəm. Daha sonra dəb verilişində, musiqi yarışmasında, sosial proyektlərdə yer almışam. Tamaşaçılar illərdir hazırladığım proqramlara baxır. İndi isə kadr arxasında olduğum kimi, həm də kamera önündəyəm. Gördüyüm işdən hər zaman zövq almışam. İşimin bəhrəsini görmək mənə inanılmaz zövq və stimul verir. İllərin təcrübəsi mənə bir şeyi öyrətdi: tamaşaçı təbiiliyi sevir. Özün kimi olmağın, seçilməyə və sevilməyə yetər".

Nərgiz efirdə geyindiyi cəsarətli libaslardan da söz açıb:

"Dəbi yaxından izləyirəm. Bir vaxtlar dəb verilişinin redaktoru olmuşam. Libas seçiminə diqqətlə yanaşıram, fərqli detallardan istifadə edirəm. Geyimlərimin müzakirə və tənqid olunmasına normal baxıram. Fikirlər və zövqlər müxtəlifdir. Yetər ki qərəzsiz olsun".

Fotoların müəllifi Elgün Zamandır. N.Əliyevanın saç düzümü Syama, makiyajı isə Pərvanəyə aidir. Libas isə Günay Mirzəyə məxsusdur.