"Eurovision"da qalmaqal - səhnəyə çıxıb arxasını açdı

"Eurovision"da qalmaqal -  səhnəyə çıxıb arxasını açdı
5837 dəfə oxunub
  • A-
  • A
  • A+

Kiyevdə baş tutan “Eurovision 2017” mahnı müsabiqəsinin final şousunda səhnəyə çıxan bir oğlan hər kəsi təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, gecədə müsabiqənin ötənilki qalibi Camala səhnəyə çıxıb.

Onun ifası zamanı azarkeşlərdən biri Avstraliya bayrağı ilə oynaya-oynaya səhnəyə qalxıb. Oğlan Camalanın yanına gələrək qəfildən arxasını tamaşaçılara çevirib və şakvarını aşağı çəkib. Mühafizəçilər dərhal oğlanı səhnədən uzaqlaşdırıblar.

Avstraliya tərəfi rəsmi qaydada vətəndaşın bu hərəkətinə görə üzr istəyib.