“Muğam axşamları” - yeni layihə

“Muğam axşamları” - yeni layihə
380 dəfə oxunub
  • A-
  • A
  • A+

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Muğam axşamları” adlı yeni möhtəşəm layihəyə start verilir.

Mərkəzdən Axşam.az-a verilən məlumata görə, layihədə 16 maydan 30 iyunadək Azərbaycan muğamları: Rast, Şur, Segah, Çahargah, Bayatı-Şiraz, Şüştər və Hümayun muğamları tanınmış muğam ifaçıları tərəfindən ifa ediləcək.

Layihənin ilk konserti “Rast” muğamının ifası ilə 16 may tarixində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində olacaq. Konsertdə əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artist Sevinc Sarıyeva, Naxçıvan MR-in əməkdar artisti Ehtiram Hüseynov, Mirələm Mirələmov, Aytən Məhərrəmova, Hüseyn Məlikov “Rast” ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa edəcəklər. Ansamblın bədii rəhbəri Xanlar Cəfərovdur.