Cəfərinin dəriyə faydaları

Cəfərinin dəriyə faydaları
4408 dəfə oxunub
  • A-
  • A
  • A+
Axşam.az xarici KİV-ə istinadən cəfərinin faydaları haqda məlumat verir:

Cəfəri - böyrək və qaraciyərdəki toksinlərin atılmasına çox kömək edir.

Bu bitki - immuniteti gücləndirən A və C vitamin tərkiblidir. Güclü bir antioksidantdır.

Cəfərinin tərkibindəki C vitamini dərini ağartmaqla yanaşı kollagen təsiri oyadaraq üzdəki yara və ləkələri yox edir.

Bir dəstə cəfəri gündəlik C vitamin ehtiyacınızı qarşılayır. Tərkibində kalsium, potasium, kükürd, maqnezium, klorin, A və K vitaminləri var.

30 gün boyunca gündə iki dəfə, səhər və axşam yeməyindən əvvəl 1 stəkan cəfəri çayı içə bilərsiz. Bu zaman üzünüzdəki ləkələrdən qurtarmış olarsınız.

Cəfəri çayının hazırlanması:

Cəfərini sirkəli suda saxlayın. Dəsmala bürüyüb soyuducuya qoyun. Balaca qazanda filtrdən keçirilmiş suyu qaynadın. Dəmliyə 1-4 fincan cəfəri qoyun. Qaynamış suyu əlavə edin. 5-6 dəqiqə dəmləyin.