Psixoloji problemi olan aktyor: "Məndən qorxacaqsınız"

Psixoloji problemi olan aktyor: "Məndən qorxacaqsınız"
3302 dəfə oxunub
  • A-
  • A
  • A+
Uzun müddət psixoloji problemlər yaşayan və kino aləmindən uzaq düşən aktyor Arda Kural yenidən çəkiliş meydançasına qayıdıb.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, aktyor rejissor Gülşən Günerin çəkdiyi “Nefrin” filmində rol alıb. Ötən gün keçirilən filmin qala gecəsində Arda da iştirak edib.

Saç əkdirən aktyorun dəyişimi diqqətdən yayınmayıb. Kural səhhətiylə bağlı problemlərdən xilas olduğunu deyib:

“Pis günlər geridə qaldı. Möhtəşəm şəkildə qayıtdım. Hazırda müalicəm davam edir. Amma hər şey getdikcə yaxşılaşır. Çəkiliş meydançasından ötrü darıxmışdım. “Nefrin” filmi ilə yenidən qayıtdım. Bu dəfə məndən qorxacaqsınız”.