Dəniz Səkinin ayrılıq xəbəri yayıldı

Dəniz Səkinin ayrılıq xəbəri yayıldı
8377 dəfə oxunub
  • A-
  • A
  • A+
İyunun 5-də həbsxanadan çıxacaq müğənni Dəniz Sekinin nişanlısı Faruk Salmandan ayrılması haqda xəbər yayılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Hakan Ural “Aramızda kalmasın” proqramında bildirib.

Onun sözlərinə əsasən, cütlüyün ayrılmağına səbəb Farukun 23 illik evliliyidir:
 
“Farukun eks həyat yoldaşı Serpildən 20 yaşında bir qızı var. Ailəsi onun Dənizlə münasibətinə qarşıdır. Dünən isə Dəniz və Farukun artıq ayrıldığı bəlli olub".