Bakıda yeni rəsm qalereyası fəaliyyətə başlayıb - fotolar

Bakıda yeni rəsm qalereyası fəaliyyətə başlayıb - fotolar
2041 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün Bakıda yeni “Artist” adlı rəsm qalereyası fəaliyyətə başlayıb.

Axşam.az-ın məlumatına görə, qalereya görkəmli rəssam, incəsənət xadimi Vəcihə Səmədovanın nəvəsi Aqşin Mirfeyzullazadə tərəfindən açılıb.

Açılışda Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, xanımı Olqa Viktorovna, əməkdar rəssam Sakit Məmmədov və başqaları iştirak edib.

A.Mİrfeyzullazadə deyib ki, qalereyada yalnız yerli deyil, dünya rəssamlarının da əsərləri sərgilənəcək:

“Uşaqlıqdan rəsm çəkməklə məşğulam. Son vaxtlar işlərimin çoxluğundan bir az ara vermişdim. Burada bir çox əsərlərin nümayişi və satışı təşkil ediləcək. Məqsədim incəsənətlə bağlı maraqlı tədbirlər keçirmək, rəssamlara dəstək olmaqdır. İstəyirdim ki,  ölkəmizdə rəssamların əsərlərini sata biləcəkləri elit bir məkan olsun. Burada dünya rəssamlarının əsərlərini satacağıq. Hətta xaricdə keçirilən hərracların eynisini  gerçəkləşdirməyi düşünürəm. Həmin hərracdan gələn gəlirlər isə xeyriyyə işlərinə xərclənəcək”.

Foto: Rəşad ABBASOV