Məşhur “Va-Liqa” Bakıya gəlir

Məşhur “Va-Liqa” Bakıya gəlir
410 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 29-da Xətai rayonundakı Heydər Əliyev Parkının ərazisində yerləşən “Yapon bağı”nda Yaponiyanın “Va-Liqa” musiqi qrupu konsert proqramı ilə çıxış edəcək.

Axşam.az xəbər verir ki, konsert Yaponiyanın Azərbaycandakı səfirliyi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbirdə ənənəvi Azərbaycan musiqisi ilə yapon musiqisinin sintez ifaları səslənməklə yanaşı, yapon döyüş sənəti olan “aikido” və “kendo”nun nümayişi də nəzərdə tutulur.

Qeyd edək ki, “Va-Liqa” Yaponiyanın ənənəvi incəsənəti ilə məşğul olan prodüser Takaku Terutoşinin rəhbərliyi ilə çıxış edən incəsənət qrupudur. Azərbaycanda dördüncü dəfə qonaq olan qrup artıq 53 ölkədə konsert proqramları ilə çıxış edib.