Bakıda musiqi bayramı

Bakıda musiqi bayramı
698 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulun 1-də “YARAT” Müasir İncəsənət Mərkəzində Musiqi Bayramı təşkil olunacaq. Bu musiqi bayramı dünyanın 120 ölkəsində, eləcədə 30 ildir Fransada ənənəvi olaraq qeyd edilir.

Axşam.az xəbər verir ki, peşəkar və professional musiqiçilərin, musiqisevər publikanın küçələrə axışdığı, şən və bayram ab-havasında keçirilən bu Musiqi Bayramı təmənnasız olaraq hər kəs üçün, eləcə də ifa olunma tərzindən asılı olmayaraq bütün musiqi janrlarına açıqdır.

Qeyd edək ki, həmin gün Azərbaycandakı Fransız İnstitutu, Fransanın ölkəmizdəki səfirliyi, “YARAT” Müasir İncəsənət Mərkəzi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Milli Turizm Təbliğat Bürosunun və bir neçə məşhur kafenin tərəfdaşlığı ilə Bakının müxtəlif yerlərində musiqi tədbirləri təşkil olunacaq.