Filarmoniyada klassik musiqi gecəsi keçiriləcək

Filarmoniyada klassik musiqi gecəsi keçiriləcək
348 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iyulun 7-si saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında klassik musiqi gecəsi keçiriləcək.

Axşam.az-ın məlumatına görə, konsertdə əməkdar incəsənət xadimi, dirijor Elşad Bağırov və əməkdar artist Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə S.Raxmaninovun əsərləri solistlər Azərbaycanın xalq artistləri görkəmli pianoçu Fərhad Bədəlbəyli, Yeganə Axundova və Murad Adıgözəlzadənin ifasında səslənəcək.