Bakıda Rihannanın bənzəri tapıldı

Bakıda Rihannanın bənzəri tapıldı
9353 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalının “Onlar” verilişində dünya ulduzu Rihannanın Azərbaycana gəlişi ilə bağlı xəbər hər kəsin təəccübünə səbəb olub.

Axşam.az-ın məlumatına görə, süjetdə məşhur müğənninin gizlicə Bakıya gəldiyi və tədbirlərin birində iştirak etdiyi bildirilib.

Sosial şəbəkələrdə şərhlər yazan tamaşaçılar isə bu xəbəri birmənalı qarşılamayıblar. Belə ki, haqqında süjet hazırlanan xanımın Rihanna yox, Sevanna adlı vizajist olduğu müəyyənləşib.

Verilişin aparıcısı Afaq Gəncəli ilk öncə bu xanımın həqiqətən də Rihanna olduğunu zənn etdiklərini deyib:

“Onu müxbirlərimiz tədbirlərin birində görüntüləyib. Rihannaya bənzərliyi əməkdaşlarımızda çaşqınlıq yaradıb. Süjet efirə getdikdən sonra gənc qızın kimliyini araşdırdıq. Rihannaya çox bənzəyən Sevannanın Bakıda vizajist olaraq çalışdığını öyrəndik. O, dünya ulduzunun pərəstişkarıdır. Həm adı, həm də özü Rihannaya bənzəyən Sevannanı görənlər təəccüblənirlər. Əslində sevindirici haldır ki, hər zaman gözəl xanımları ilə seçilən Azərbaycanda dünya ulduzunun da bənzəri var. O, heç bir plastik əməliyyat etdirməyib”.

Foto: Rəşad ABBASOV