“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal müsabiqədə ölkəmizi bu il təmsil edən Diana Hacıyeva haqda “gedib klublarda oxusun” sözlərinə aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, müğənni qalmaqal niyyətində olmadığını və sadəcə fikrini ifadə etdiyini deyib:

“Məndən onun çıxışı haqda soruşdular, mən də öz fikrimi izah elədim. Dedim ki, mahnıları, səsi xoşuma gəlir, amma müsabiqədəki çıxışından daha çox şey gözləyirdim. Bir söz soruşub, bütün müsahibəni “kaşa”ya çevirirlər. Bazarı onu etmək arzusunda olanların arasında axtarın…

Mən heç vaxt Diana əleyhinə pis mənada düşünməmişəm və hər zaman demişəm ki, onun çox gözəl səsi var. Harada oxumağa gəlincə, bu, onun şəxsi seçimidir! “Avroviziyada” ölkəni təmsil edən hər bir iştirakçının özündən əvvəlkilərdən fərqli və özünəməxsus xüsusiyyəti olur. Amma yox, nəyisə qurdalamaq və düşmənçilik yaratmaq lazımdır ki, xəbər yaymaq mümkün olsun axı!”.

Xatırladaq ki, Nigar Camal “ATV Magazin 10lar”la verilişinə açıqlamasında Diana Hacıyeva haqda bunları demişdi:
 
“Diana ilə bağlı bircə şey deyə bilərəm ki, onun stilini bizdə qəbul etməyəcəklər. Ən yaxşısı o, gedib klublarda oxusun”.