Cennifer Lopez yenidən sevgilisi ilə bir arada

Cennifer Lopez yenidən sevgilisi ilə bir arada
1996 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Cennifer Lopezin sevgilisi Kasper Smartdan ayrıldığı söylənilsə də, bu günlərdə şayiələrə son qoyulub.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən gün paparatsilər tərəfindən Roma küçələrində əl-ələ görüntülənən cütlük yayılan xəbərlərə şərh verməkdən çəkinib.

Məlumata görə, Cennifer Romada sevgilisi ilə çox az vaxt keçirə bilib. Çünki işləri ilə əlaqədar müğənni zamanının daha çox hissəsini çəkilişlərə sərf edir.

Xatırladaq ki, oktyabrın ortasında 44 yaşlı Cennifer və 26 yaşlı Kasper Smart arasında böyük dava yaşandığı iddia edilmişdi. Müğənninin Yalnız onun hesabına pul qazandığı üçün Kasperi qovduğu və sevgililərin münasibətinin bitdiyi söylənilmişdi.