Ayseldən yeni veriliş - video

Ayseldən yeni veriliş -  video
2677 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Aysel Nazim yeni layihə hazırlayıb.

Axşam.az-ın məlumatına görə, onun yeni verilişi "Kokteyl Aysel Nazim ilə" adlanır.

Proqram yeni televiziya mövsümündən efirə gedəcək. A.Nazim bildirib ki, təklif "Space" telekanalının rəhbərliyindən gəlib.

"Hazırda "Space"də "İdman hamı üçün" və hava proqnozunu aparıram. Rəhbərlik daha bir veriliş təklif etdi. Teleməkanın yeni maqazin verilişi olacaq" deyə, Aysel bildirib.

Aparıcı bu veriliş ilə şou-biznesdə səs-küy yaradacığını deyib:

"Tamaşaçıların sevimli və gözlədiyi bir proqram hazırlayacağımıza söz verirəm. Verilişdə yerli və xariçi şou biznes xəbərləri yer alacaq. Çəkilişlər təkcə Bakıda deyil, həm də Türkiyədə olacaq. Türk şou-biznesindən eksklüziv müsahibələr, reportajlar yayımlayacağıq".