Bir vaxtların sevilən serialı yenidən çəkilir - fotolar

Bir vaxtların sevilən serialı yenidən çəkilir - fotolar
7895 dəfə oxunub
  • A-
  • A
  • A+
1990-cı illərin ən çox izlənilən “Çılgın Bediş” adlı serialı yenidən çəkiləcək.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, artıq ekran işinin hazırlıqlarına da başlanılıb.

Serialda kimlərin rol alacağı və hansı kanalda göstəriləcəyi bəlli deyil. Lakin məlumata əsasən, “Bediş” obrazı üçün müğənni Aleyna Tilkinə təklif olunub. Aleyna isə konsertləri və imtahanlarına görə təklifi rədd edib.

Qeyd edək ki, serial universitetdə oxuyan qız və onun rəfiqələrinin macəralarından bəhs edir. 65 bölümdən ibarət olan “Çılğın Bediş”də Cenk Torun, Sinan Bengier, Selma Sonat, Aytən Uncuoğlu və Dolunay Soysert kimi aktyorlar yer alıb.