Şarliz Teron anasının atasını öldürməyindən danışdı

Şarliz Teron anasının atasını öldürməyindən danışdı
2651 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Şarliz Teron açıqlamaları ilə təəccübləndirib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, anasının uşaqlıqda atasını öldürdüyünü deyən aktrisa əvvəllər həqiqəti gizlətdiyini və onu avtomobil qəzasında itirdiyini dediyini söyləyib.

"Düşünürəm ki, ən çox mənə o təsir edirdi ki, əyyaşla yaşayırsan, oyanırsan və bilmirsən ki, bu gün səni gözləyir. Hər şey içkinin miqdarından və atanın həmin günkü  əhvalından asılıdır", - deyə aktrisa vurğulayıb.

Teron dəstək üçün öz anasına təşəkkür edib:
 
"Anam çətinliklə mübarizə aparmaq üçün əlindən gələni əsirgəmirdi və seçim etməyi təklif edirdi, ya tam boğulmaq, ya da üzmək".