"Toyu qapalı edir, sonra da arvadının hamiləliyindən danışır" - Nadir

"Toyu qapalı edir, sonra da arvadının hamiləliyindən danışır" -  Nadir
11381 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə toylarını mediaya qapalı edən həmkarlarını qınayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Tezdən oyan” verilişində qonaq olarkən bunları deyib:

“Toylarında həyat yoldaşlarını çəkməyə qoymurlar, qapalı edirlər. Amma sonra çıxıb deyirlər arvadım hamilədir, uşağım olacaq. Bunun özü də bir biabırçılıqdır. Əgər gizlədirsənsə, bunu da çıxıb efirdə demə. Həm ailəni, xanımını niyə gizlətməlisən ki?”.

Qeyd edək ki, müğənni Elçin Cəfərov toyunu qapalı etmiş, daha sonra isə ata olacağı xəbərini yaymışdı.